Rumıniya, İsveç və İsraildə yüksək patogen quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəlikləri aradan qaldırılıb

Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Rumıniya, İsveç Krallığı və İsrailin bəzi inzibati ərazi vahidlərində qeydə alınmış yüksək patogen quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəlikləri aradan qaldırılıb.

Həmin ölkələrin bəzi inzibati ərazi vahidlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, yüksək patogen quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəliklərinin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və bu xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, yüksək patogen quş qripi və xırdabuynuzlu heyvanların taun xəstəliklərinə görə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.