İki dəfə Nobel mükafatı laureatı ilə söhbət

Barri Şarpless: “Sizi qeyri-müəyyənlik cəlb etməlidir”


5 oktyabr 2022-ci il tarixində Barri Şarpless 2022-ci il üçün kimya üzrə Nobel mükafatına layiq görüldükdən sonra Nobel Mükafatları Komitəsinin baş elmi işçisi Adam Smitə müsahibə verib.
Barri Şarpless tədqiqatlara cəsarətli yanaşması barədə soruşulanda Albert Eynşteyndən sitat gətirir: "Əgər ideya əvvəlcədən absurd deyilsə, deməli, ona ümid yoxdur". Daim axtarışda olan, inadkar ixtiraçı kimi tanınan alim müsahibəsinə ilk Nobel mükafatını, daha sonra ikincisini qazandıran tədqiqatları ilə deyil, laboratoriyada ən son tapıntıları ilə başlayır. Müsahibə alınan günü B.Şarpless səhər obaşdan Stokholmdan gələn xəbərlə oyanıb. O, müsahibəsində ideyaların təhlükəli dalğalanmasından danışır və çətin problemlərin necə həll edilməli olduğunu müzakirə etməyə davam edir: “Əgər bu lənətə gəlmiş şey mənə qayıtsa və “sən bu sualın cavabını bilmirsən” desə, onda deyirəm ki, bu hörməti göstərib bir daha sualın cavabını tapmağa cəhd etməliyəm”.
Müsahibənin stenoqramı:
Adam Smit: Salam. Barri, bu, Adamdır.
Barri Şarpless: Salam, Adam.
AS: Təbriklərimi qəbul edin.
BS: Ah, çox sağ olun, təşəkkür edirəm.
AS: Bu... bu, sadəcə, belədir... səni eşitmək çox xoşdur. Və burada, yenə buradayıq - ikinci dəfə!
BŞ: Doğrudur, bəli, bacarmıram... İş ondadır ki... Mən indi yuxusuzluqdan bir az kor kimiyəm, çünki yatmıram, ona görə...
AS: Sizi eşitmək və ikinci Nobel mükafatını aldığınız bu qeyri-adi günün bir parçası olmaq çox xoşdur.
BŞ: Yaxşı, çünki bu, həqiqətən... şansdır, sizin bilmədiyiniz başqa bir şəkildə. Bilirsən ki, mən sahəmi bir növ dəyişdirmişəm. Birincini qazananda mən bunu edirdim... klik kimyası etməyə çalışırdım. İndi burada yenə nəsə baş verdi... nəsə məni dəyişdirdi, məni bağladı, materiallarda bəzi təsadüfi kəşflər... energetika üçün olduqca əhəmiyyətli görünür..
AS: Həmişə belə olur ki, səninlə danışanda biz həmişə sənin son etdiklərindən danışırıq, sən isə həmişə ondan danışırsan ki, bundan sonra nə edirsən, ona görə ki, sən kimya sahəsində ixtiraçısan. Və güman edirəm ki, bu, insanların bilmək istədikləridir: sənin içində nə var, Barri, nə səni belə ixtiraçı edir?
BŞ: Bu, yaxşı sualdır, bilirsiniz. Bu mükafatı almış çox mühafizəkar yapon professorum Ryoji Noyorini (2001-ci ildə B.Şarples, Ryoji Noyori və Houles S.Vilyam kimya üzrə Nobelə layiq görülüblər- OM) xatırlayıram. İllər əvvəl onun təşkil etdiyi bir görüşdə idik. Orada çoxlu məşhur kimyaçılar var idi. Nəhayət, müəyyən anda sakitlik yarandı. R. Noyori dedi: "Yaxşı, Barri, bizə necə işlədiyini, necə düşündüyünü söylə, çünki sən buradakıların hər birindən daha uğurlusan".
İndi bu sualı siz də verirsiniz. Mən buna bir növ təəccüb edirəm, çünki mən çox... müəyyən mənada çox yavaşam və həqiqətən də… Bu təəccüblü deyilmi ki, bu gün saat 1.30-da etməli olduğum bu şeyi təsvir etməyə, insanların bilmək istədikləri bir neçə şeyi söyləməyə cəhd etməyə çalışıram? Onlar əsasən insani şeylər haqda bilmək istəyirlər, məsələn, nə qədər təəccüblü idiniz, nə oldu, necə oldu. Eynşteynin ən sevdiyim sitatlarından biridir: “Əgər ideya əvvəlcədən absurd deyilsə, heç bir ümid yoxdur”. Bu qəribədir, deyilmi?
AS: Bu doğrudur, amma çox güclüdür. Düşünürəm ki, mən onu nəzərdə tuturam ki, bu sualın cavabı ondadır ki, siz ... əslində siz bu Eynşteynin absurd düşüncə modelinə necə uyğunlaşırsınız və o, hansısa bir şəkildə üzə çıxır və reallığa çevrilir və siz bir şeyləri, baş verməyə məcbur edirsiniz. Bu, sizin kəskin hiss, həyacanverici hadisə tapmaq axtarışınız ilə bağlıdır? Demək istəyirəm ki, siz həmişə gənc olanda belə olmusunuz?
BŞ: Bilirsən. Bundan əvvəl bu barədə mənimlə danışmısınız? Çünki bu, güclü bir şeydir. Əslində mən bunu bir daha oxudum, bu, qeyri-müəyyənlik ideyasıdır. Bəzi insanlar sadəcə olaraq... çox həyəcanlanırlar. Məncə, bu, özünü səfərbər etmək kimi görünür. Bilirsiniz, beyniniz o hissi sevir və həyəcana daha yaxın olmaq istəyir. Və demək olar ki, tərifinə görə həyəcan təhlükə ilə eyniləşdirilə bilər, buna görə də böyük bir kəşflər etməyə yaxın olan insanlar, dinozavr və ya böyük dağ aslanı axtardıqları köhnə günlərdə olduğu kimidir. Narahat olub növbətisini edə bilməyənlər öləcəklərini hiss edərək növbəti qayalara və ya ağaclara baxa bilmirlər, kifayət qədər tez-tez yaxınlaşmaq şansı tapmırlar və...
AS: Amma sizin təsviriniz çox parlaq və canlıdır. O qədər xoşdur ki, bu həyəcanı ideyalarda tapırsınız. Çünki bilirsiniz ki, insanların əksəriyyəti üçün bu, sürət katerinə və ya sürətli avtomobilə və ya buna bənzər bir şeyə minib getmək deməkdir.
BŞ: Hə, düzdür, düzdür.
AS: Amma sizin üçün bu bir fikirdir. Bu, çox xüsusidir.
BŞ: Oh. Bu, çox həyəcanverici olur .. başlayanda... Bu absurd şeydən bəhs edirəm, çünki yaşadığım bəzi şeylər üzərində işləməli oldum və və başa düşürəm ki, onlar buna çox yaxınlaşıblar. Amma indi mənim əsas absurd problemim rabitədir. Bilirsiniz, biz computer və rabitə sahəsində çox yüksək səviyyədəyik, amma biz hələ də işlədiyimiz şəkildə əlaqəni təsvir edirik və biz həqiqətən bunu necə daha yaxşı edəcəyimizi bilmirik. Məndə sevəcəyin bir kitab var, bu... Bəlkə də oxumuşsan... Oh, budur. Bu mənim oğlumdur, fəlsəfə ilə maraqlanır və əşyaları almağa, oxumağa və sonra mənə verməyə davam edir. Bu, Manuel DeLandın “Fəlsəfi kimya” əsəridir.
AS: Yox, mən bunu bilmirəm, xeyr.
BŞ: Qəribə səslənir, elə deyilmi? Demək istəyirəm ki, o, İsveçrədədir, amma mən onu oxumuşam və məktəbdə oxuyanda kimya keçdiyiniz zaman belə bir probleminiz olub-olmadığını bilmirəm, amma bir anda özümü çox axmaq hiss etdim. Onların bütün bu birləşmə nisbətləri var idi və sonra, bilirsiniz, flogiston çıxdı... Və bir-birinin ardınca heç bir atom, heç bir əlaqə yox idi. Beləliklə, bu oğlan bunu çox gözəl təsvir edir və sonra maraqlandığı ən böyük şeyi söylədi ... elm və ya hər hansı bir şey olmadığını söylədi. Biz hər şeyi anlamağa çalışırıq, ya birlikdə işləyirik , ya da birlikdə işləmirik. O, ən inanılmaz zamanın, bu əlaqənin olduğunu söylədi... Avoqadro sayının təkamülü və 1800, 1900-cü illərdə baş verən birləşdirici hadisələr. Demək istəyirəm ki, onlar... həqiqətən çox çətin idilər. Beləliklə, sizdən fərqli bir düşərgələr və bu düşərgələrdə olan insanlar bir-birilərini dinlədilər, bir araya gəldilər və bir sıra şeylər yazdılar. Müxtəlif qruplar fərqli şeylər söyləyirdilər. Onlar efemer olan şeyə töhfə verə bilərdilər və heç kim qərarın hara gələcəyini bilmir. Demək istəyirəm ki, bu, həqiqətən də gözəl səslənmir?
AS: Mütləq, bu maarifləndirmə yanaşmasıdır. Bəli, sizin fərqli fikirləriniz olduğunu anlayıram, amma bir araya gəlib həqiqətin nə olduğunu öyrənməyə çalışın. Bu, o zaman çox geniş yayılmışdı və həqiqətən də, bəli... Dünya hal-hazırda bu cür işləmir. Bu çox, çox əhəmiyyətli bir nöqtədir Barri.
BŞ: Deməli, siz... bu da sizin qənaətinizdən biridir? Hə, onlara yaxınlaşdılar ... Bəs onlara bunu etməyə, bu cür davranmağa nə kömək etdi? Yaxşı ki, onların çox məlumatı yox idi ki... və onlar hiss edərək getməli idilər. Güman edirəm ki, mənim üçün instinktin vacib olduğunu düşünürəm, bunu bilirəm. Və mən sizə dedim ki, əgər mən hər hansı kiçik və ya böyük zamandan sonra ideyaya qayıdıramsa, amma lənətlə gəlmiş bir şey mənə qayıdıb "bunun cavabını bilmirsən" desə, onda deyərdim ki, mən bu hörməti göstərib bir daha sualın cavabını tapmağa cəhd etməliyəm, çünki bu, şüuraltı olaraq canlıdır, hə? Və bəli.
AS: çox gözəldir, çox gözəldir.
BŞ: Yaxşı.
AS : Barry, mənə deyirlər ki, sənin vaxtını çox da ala bilmirəm, çünki digər insanlar da səni istəyirlər və mən buna hörmət edirəm, amma bu... səni bütün gün telefonda saxlamaq olardı.. Düşünürəm ki, bu söhbəti indi tərk etməliyik və bunun başqa bir dəfə baş verməsinə imkan verməliyik.
BŞ: Mən də elə hiss edirəm, bəli. Çünki indi özümü həqiqətən əsəbi hiss edirəm. Həyəcanlanıram, çünki bir şeylər söyləmək məcburiyyətindəyəm, amma bunun nə olacağını bilmirəm... Mən... bilirsən... Nə deyəcəyimi planlaşdıra bilsəydim... Amma sizin kimi insanlardan ideyalar əldə etdikdən sonra mən... bir növ daha da uzlaşa bilirəm. Düşünürəm ki, bizim tapdığımız ən vacib şey, əlbəttə ki, gözlənilməz fenomenlər idi, bunlara diqqət etməlisən, amma qeyri-müəyyənlik, mümkün olmadıqda, … qeyri-müəyyənlik adətən təhlükə, doğru və ya problemə çevrilir. Beləliklə, əgər həqiqətən bacarmırsınızsa və ya buna hazır deyilsinizsə... Düşünürəm ki, sizi qeyri-müəyyənlik cəlb etməlidir, bax, məsələ bundadır. Kəşf edən, macəraçı və ya qəhrəman olmaq istəyən biri olaraq, biz hamımız əksər insanların etmədiyi bir şeyi etməyə çalışırıq. Onlar sadəcə ailələri ilə xoşbəxtdirlər və yəqin ki, heyrətamiz bir şey tapmağa çalışmırlar, amma... Allahım, demək istəyirəm ki, bu sadə iş deyil, bu... maraq həqiqətən təhlükəlidir, onu aradan qaldırmaq çətindir, elə deyilmi? Siz... cansıxıcılıqdan çıxa bilərsiniz. Maraq yaranır, amma əldə etdikdən sonra maraqdan qurtula bilməzsən.
AS: Hesab edirəm ki, bu... belə bir mühüm məqamdır və bilirsiniz ki, bəlkə də orada təhlükə olduğunu deyərək, elmə tamamilə başqa bir qrup insanı cəlb edirsiniz. Onlar bunu sevə bilərlər. Bu yaxşı bir fikirdir, yeni insanlar üçün bu cəlbedici olacaq …
BŞ: Beləliklə, orada bir şey hiss edirsiniz?
AS: Həqiqətən, bilirəm. Mən, həqiqətən, belə düşünürəm. Bu, çox gözəldir.
BŞ : Qulaq as, mənim vaxtım var.
AS: Bəli, bilirəm.
BŞ: Çünki sən haqlısan, yaxşıdır.
AS: Yaxşı, bir daha təbrik edirəm və…
BŞ: Bəli, əlaqə qurduğunuz üçün çox təşəkkür edirəm və indi başa düşürəm ki, danışmaq üçün fantastik bir insansınız. Mən həddindən çox söhbət edirəm, amma səninlə yenidən danışsam, daha çox danışmağa başlaya bilərəm.
AS: Barri, amma bütün bunları birlikdə öyrənmək üçün gözləyirəm.
BŞ: Yaxşı, Adam, çox təşəkkür edirəm.
AS: Siz də, təbrik edirəm.
BŞ: Yaxşı.
AS: Və gününüzdən zövq alın.
BŞ: Çox sağ olun.
AS: Təşəkkür edirəm.
BŞ: Hələlik.


Oruc MUSTAFAYEV