Şahmatçımız Rauf Məmmədov rapid turnirinin qalibi olub

Azərbaycan Şahmat Federasiyasının Gənclər və yeniyetmələr komissiyasının təşkilatçılığı ilə milli komandanın üzvləri, müxtəlif yaş qrupları üzrə ölkə çempionatının mükafatçıları və reytinqi 2200-dən yuxarı olan şahmatçılar arasında növbəti rapid turniri keçirilib.

Yerveinsan.az federasiyaya istinadla xəbər verir ki, 41 şahmatçının iştirak etdiyi yarış 7 turdan ibarət olub.

Turnirin qalibi adına 6 xal toplayan milli komandanın üzvü Rauf Məmmədov sahib olub. Eyni xala malik Xəzər Babazadə əlavə göstəricilərə görə ikinci yerlə kifayətlənib. Yeddi turdan sonra aktivində 5,5 xalı olan Read Səmədov üçüncü yeri tutub.