İdmançılarımız Avropa çempionatında ölkəmizi layiqincə təmsil etmişlər - FOTOLAR

Yerveinsan.az xəbər verir ki, Almaniyanın Şvaynfurt şəhərində I.K.O.N.Kyokuşin karate birliyinin 2-ci Avropa çempionatı keçirilmişdir. Yarışda Azərbaycan Kontakt Karate Federasiyasının prezidenti Ruslan Abbasov, baş məşqçi Əlili Hamlet və yığma komandanın üzvləri iştirak etmişlər. Yarışda idmançılarımızdan 2-ci yeri Əlili Hamlet (Master Klass), Hacıyev Əmir 2-ci yeri (böyüklər arasında), Abbasov Abbas 3-cü yeri (Master Klass), Məmmədov Tunar 3-cü yeri (yeniyetmələr arasında), Bağırov Nurlan 3-cü yeri (böyüklər arasında) tutmuşlar. Avropa çempionatında, Azərbaycan, Türkiyə, Almaniya, Polşa, Rumıniya, Serbiya, İtaliya, Bolqariya, Estoniya, Fransa, Çexiya, Albaniya və s. ölkələrin idmançıları iştirak etmişlər. 

Yığma komandamızın üzvləri  Azərbaycan Kontakt Karate Federasiyasının və "Azinterpartlayış-X"MMC-nin sponsorluğu ilə bu yarışda iştirak etmişlər.