Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır
Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır.
Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli" mövzusunda bu gün keçirilən konfransda deyib.
O qeyd edib ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik həsrətdən sonra tarixi qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib: "Hazırda tamamilə dağıdılan ərazilərimiz yenidən qurulur".
Onun sözlərinə görə, Qarabağ Azərbaycanın tarixi və mədəni ərazisidir: "Orada dayanıqlı məskunlaşmanın həyata keçirilməsi qarşımızda duran əsas məqsədlərdən biridir. Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadaır"

