Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsi başladı

Bu gündən etibarən etibarən təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi təşkil olunacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliydən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, test imtahanında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə edən şəxslərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.