Arif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edildi - Sərəncam
Prezident İlham Əliyev A.V.Səmədovun Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər Sərəncamı ilə Arif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilsin.

