“Qarabağ” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Turnirin qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan çempionu Almaniyanın “Frayburq” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb. Azərbaycan çempionunun heyətində Kvabena Ovusu fərqlənib. Rəqib komandanın qolunu isə Nils Petersen vurub.

Matçın 62-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub və Ağdam təmsilçisi azlıqda qalıb.

Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransanın "Nant" klubuna 0:2 hesabı ilə məğlub olub.

Hesabında 14 xal olan "Frayburq" və 9 xalla “Nant” turnirin səkkizdəbir final mərhələsinə adlayıblar. “Qarabağ” 8 xalla qrupu üçüncü pillədə başa vurub. Təmsilçimiz mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.