Azərbaycan millisi Yunanıstan, Bosniya və Herseqovina və Fransa yığmaları ilə qarşılaşacaq

Final mərhələsi 2023-cü ildə Xorvatiyanın Poreç şəhərində keçiriləcək 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılıb.

Yerveinsan.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayacaq millimiz 5-ci qrupda Yunanıstan, Bosniya və Herseqovina və Fransa komandaları ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları gələn il martın 21-26-da keçiriləcək.