Andreas Şleyxer: “Mən Bakı küçələrində gəzərkən təhsilin gücünü görürəm"
“Təhsildə necə uğurlu olmaq olar? Təhsildə uğur qazanmağın olduqca önəmli olduğu bir dönəmdə bu suala cavab tapmağa çalışırıq. Və uğurlu olmaq üçün, necə edək ki, bu uğur dayanıqlı və davamlı olsun…
Mən Bakı küçələrində gəzərkən həqiqətən də təhsilin gücünü görürəm. Mədəniyyət, iqtisadiyyat, ənənə, sosial həyat, mətbəx – bütün bunlar hamısı təhsilin nəticəsidir, bəhrəsidir. Bəziləri deyirlər ki, burada neft və qaz var. Amma neft və qaz, bütün digər təbii sərvətlər ökənin sərvətinin 10 faizindən azını təşkil edir. 90 faizi isə insanların beynidir. Məhz burada siz illər ərzində artım görə bilərsiniz. Çünki bu, bitməz-tükənməzdir. İnsanların savadlanması, onların təhsil alması baxımından daha çox işlər görə bilərik. Yəni şəhərdə gəzərkən, bu 90 faizin intellektual cəhətdən nə dərəcədə inkişaf etdiyini görə bilərsən. Bu zehni sərvəti görə bilərsən”.

