Ceyhun Bayramov Zəfər Gününü ABŞ-da yaşayan soydaşlarımızla birgə qeyd edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Gününü Vaşinqtonda ABŞ-da yaşayan soydaşlarımızla birgə qeyd edib.

Bu barədə XİN rəhbəri çərşənbə axşamı özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etməkdən şadam. Bu şanlı bayramı ABŞ-da yaşayan soydaşlarımızla birgə qeyd etməkdən məmnun oldum. Zəfər Günün mübarək, Azərbaycan", - deyə nazir bildirib.