Türkiyənin Vitse-prezidenti Fransa Senatının qətnaməsinə münasibət bildirib

Bütün dünya Türkiyənin Qarabağın azad olunması üçün nələr etdiyini bilir.

Bu barədə Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.

O, Azərbaycanla “Bir millət, iki dövlət” konsepsiyasını bütün sahələrdə həyata keçirməyə çalışdıqlarını qeyd edib.

Oktay, həmçinin, Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi bədnam qətnaməni də şərh edib.

“Bu torpaqlar 30 il ərzində işğal altında idi, hər şey yerlə-yeksan edilmişdi, heç bir şey əkilməmişdi. Qarabağın bağını yox etmişdilər. Ermənilərin özləri də heç bu əraziyə köçməmişdilər, çünki niyyət fərqli idi. İndi 30 il sonra bu torpaqların həqiqi sahibləri geri qayıdır, Fransa isə çıxıb deyir ki, bura Ermənistan torpağıdır, ey Azərbaycan buradan çıx, yoxsa sənə qarşı sanksiya tətbiq edəcəyik”, - Fuat Oktay vurğulayıb. (APA)