XİN yeni açılacaq səfirliklərlə bağlı məlumat yaydı

"Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək".

Yerveinsan.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyi tviter səhifəsində bildirib.

"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", - deyə paylaşımda bildirilir.