Nazirlər ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Azərbaycan müdafiə naziri Zakir Həsənov və İsrail müdafiə naziri Benyamin Qans arasında telefon danışığı olub.

Yerveinsan.az-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Tərəflər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi barədə müzakirə aparıblar.

İsrail müdafiə naziri Azərbaycanın Təl-Əvivdə səfirlik açması barədə qərarına görə həmkarına təşəkkürünü çatdırıb.