Meşə fondu torpaqlarında daha 29 min ağac əkilib
Payız əkin planına uyğun olaraq meşəbərpa tədbirləri noyabrın 21-də Qəbələ, Quba, Şabran, Tovuz, Şəmkir, Şamaxı, Şəki, Sabirabad, Bərdə və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.
Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən ötən gün ərzində meşə fondu torpaqlarının açıq və seyrək sahələrində hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 29 min ağac tingi əkilib, 3 min 500 kiloqramdan artıq toxum səpilib.
Ölkə üzrə meşəbərpa tədbirləri davam edir.

