Dövlət İmtahan Mərkəzi vakansiya elan edir

Dövlət İmtahan Mərkəzi (DİM) Test bankı şöbəsinə məsləhətçi vəzifəsi (sosial məzuniyyətdə olan işçi yeri) üzrə vakansiya elan edir.

Mərkəzdən bildirilib ki, vakansiya üzrə müraciət etmək istəyən şəxslərdən kadrlar uçotunun şəxsi vərəqəsini DİM-in saytından yükləyib tam şəkildə dolduraraq dekabrın 5-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “testbankı” yazaraq göndərmələri xahiş olunur.

Vakansiya haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.