Biləsuvarda qanunsuz ov edən şəxslər saxlanılıb

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər müəyyən olunublar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı Cəbrayıl rayon sakinləri M.Alıyev və E.Rüstəmovun Biləsuvar rayonu ərazisində Cəbrayıldan olan məcburi köçkünlər üçün salınmış şəhərciyin 7 saylı qəsəbə ərazisində qanunsuz ov etdikləri müəyyən olunub. Həmin şəxslərdən iki ədəd ov tüfəngi və ovladıqları çöl heyvanı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.