Azərbaycanda 41 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 168 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 813 909 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 284 nəfərdir. Ölkədə son sutka ərzində 1 802, hazırkı dövrədək isə 7 367 419 test aparılıb.