Rusiya sülhməramlılarının Laçın dəhlizindəki fəaliyyəti şübhə doğurur  - VİDEO

İşğal faktını aradan qaldırsaq da, Ermənistanın mina terroru davam edir. Vətən müharibəsindən sonra 267 nəfər minaya düşüb. Onlardan 119 nəfəri mülki şəxs, 148 nəfəri isə hərbi qulluqçudur. Tapılan minaların 2021-ci ildə istehsal olunması onların Vətən müharibəsi başa çatdıqdan sonra basdırıldığını göstərir.

Ermənistan Gümrüdəki zavodda mina istehsalını davam etdirir və imkan düşdükcə Azərbaycan ərazilərinə mina basdırır. Üstəlik, bütün bunlar məramı sülh olub əməli ilə ziddiyyət təşkil edən Rusiya sülhməramlılarının gözləri qarşısında baş verir.

Hərbi ekspert Şair Ramaldanov deyir ki, Rusiya sülhməramlılarının Laçın dəhlizindəki fəaliyyəti şübhə doğurur. Belə olan təqdirdə elə sual Rusiya sülhməramlılarına yönəlir: Mina sahələri azalmaq əvəzinə, niyə çoxalır? Doğrudanmı iki ildə onlar sülhü bərqərar etməyə çalışırlar? Halbuki, əksinə, sözügedən ərazidə əlisilahlı terrorçular hələ də qalmaqdadır.

Əlbəttə, Ermənistan mina terroruna yol verməklə beynəlxalq konvensiyanın tələblərini nümayişkəranə şəkildə pozur. Təəssüf ki, bu minalar bəzən mina mütəxəssisləri tərəfindən deyil, mülki vətəndaşlar üzərinə çıxdıqda aşkarlanır.

Yerveinsan.az Xezerxeber.az-a istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: