Ceyhun Bayramov Belarus XİN rəhbərinin vəfatı ilə bağlı başsağlığı verib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belaruslu həmkarı Vladimir Makeyin vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə C.Bayramov özünün "Twitter" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyin vəfatı xəbərini dərin təəssüf hissi ilə öyrəndim. Vladimir Vladimiroviç əsl diplomat, Belarusun vətənpərvəri və Azərbaycanın dostu idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".