Ekologiya və təbii sərvətlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib - FOTO

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Nazir M.Babayev noyabrın 28-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

M.Babayevi Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, nümayəndə heyətinin üzvləri və səfirliyin əməkdaşları müşayiət ediblər.

Nazir, həmçinin Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyub.//AZƏRTAC