DİN: Ölkə ərazisində qeydə alınan 98 cinayətin açılması təmin olunub

Noyabrın 26-da və 27-də ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarılan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.