“Ermənistan-Azərbaycan sərhədi ilə bağlı razılığa gələ bilmirik” - KTMT baş katibi

“KTMT Ermənistana yardım üçün bütün tədbirlər kompleksini, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib”.

Bunu sözügedən təşkilatın baş katibi Stanislav Zas Belarusun ONT telekanalına müsahibəsində deyib.

“Demək olar ki, hər gün atışmaların baş verdiyi Ermənistan-Azərbaycan sərhədində vəziyyət asan deyil.Reklamınızı SmartBee ilə effektiv edin.KTMT-nin Ermənistana təklif etdiyi kompleksi və ya müxtəlif tədbirlər var: həm siyasi-diplomatik, həm də hərbi, o cümlədən vəziyyəti real qiymətləndirəcək missiyanın sərhədə göndərilməsi. Bunlarla bağlı ümumilikdə razılıq əldə olunub. Əldə olunmayan yeganə məsələ orada yaranmış vəziyyətə ümumi qiymətin verilməsidir”, - Zas deyib.//Teleqraf.com