Hüquq ixtisası üzrə təhsil alan tələbələr arasında müsabiqə keçiriləcək

Hüquq üzrə təhsil alan bakalavr və magistr səviyyələrində təhsil alan tələbələr arasında 10 Dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş müsabiqə keçiriləcək.

Bu barədə Hüquq və İnsan Haqları İnstitutundan məlumat verilib.

Müsabiqə 30 sualdan ibarət onlayn test formasında təşkil olunacaq.

Təqdimatlar dekabrın 5-i saat 13:00-dək [email protected] elektron poçtuna göndərilməlidir.

İştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Müsabiqə qaliblərinə hüquq və insan haqlarına aid 30 kitab və sertifikat veriləcək. Həmçinin qaliblər dövlət rəsmiləri ilə keçiriləcək tədbirdə iştirak və təltifetmə, Hüquq və İnsan Haqları İnstitutunda vəkil köməkçisi kimi staj və təcrübə keçmək imkanları qazanacaqlar.