DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarılan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli altı, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı səkkiz fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.