Azərbaycan Milli Karate Federasiyasında yeni təyinat

Azərbaycan Milli Karate Federasiyasının yeni baş katibi bəlli olub.
Federasiyadan Yerveinsan.az-a verilən məlumata görə, bu post Camal Murtuzəliyevə tapşırılıb.
Qeyd edək ki, Camal Murtuzəliyev daha əvvəl Gənclər və İdman nazirliyində karate idman növünün kuratoru vəzifəsində çalışıb.