WBC çempionu Tayson Fyuri titulunu qoruyub

Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri növbəti döyüşünü həmyerlisi Derek Çisora qarşı keçirib.

 Londonda keçirilən döyüşdə T.Fyuri onuncu raundda rəqibini məğlub edib. D.Çisora döyüş zamanı çoxlu zərbələr alıb və hakimin fikrincə, o artıq özünü müdafiə edə bilməyib.