“İzahlı yeni terminlər lüğəti”nin üçüncü cildi çapdan çıxıb
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə “İzahlı yeni terminlər lüğəti”nin üçüncü cildi nəşr olunub.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, lüğətdə elm və texnikanın müxtəlif sahələrində işlənən 2 min yeni termin toplanıb. Hər bir terminin etimologiyası və geniş izahı verilib.
Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu və professor Mahirə Nağıyeva, rəyçiləri professorlar Qəzənfər Kazımov və Mirvari İsmayılovadır. Lüğətin tərtibçisi filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır.

