UEFA Azərbaycanın futbol klublarına ödəniş edib

UEFA Azərbaycanın dörd klubuna ödəniş edib.

Yerveinsan.az AFFA-nın saytına istinadla xəbər verir ki, bu, 2021-2022-ci il mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edənlərə şamil olunub.

Belə ki, “Keşlə” (hazırda “Şamaxı”) 25, “Neftçi” 79, “Qarabağ” 17, “Sumqayıt” 25 min avro alıb.

Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.