“Baksol” yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Dekabrın 16-sı saat 10:00-dan dekabrın 18-si saat 22:00–dək paytaxtın Binəqədi rayonu ərazisindəki “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.