İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə əlaqədar daxil olan müraciət əsasında “Qurman Plyus” MMC-yə məxsus ümumi çəkisi 15,4 ton, “AZ FP CO LTD” MMC-yə məxsus 70 adda çəkisi 7,2 ton, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 45,6 ton müxtəlif növ qida məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.

