2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinin başlanma saatı müəyyənləşib

2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinin proqramı açıqlanıb.

Yerveinsan.az Formula 1-ə istinadla xəbər verir ki, aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək yarışda ilk dəfə sprint yürüş təşkil olunacaq.

Proqrama əsasən, aprelin 28-də saat 13:30-da birinci sərbəst yürüş, 17:00-da isə təsnifat mərhələsi start götürəcək. Ertəsi gün ikinci sərbəst yürüş də 13:30-da başlayacaq. Pilotlar sprint yürüşündə mübarizəyə 17:30-da qoşulacaqlar. Azərbaycan Qran-Prisi isə aprelin 30-da 15:00-da start götürəcək.

Formula 1-in yeni mövsümü martın 5-də Bəhreyndə başlayacaq. İyirmi üç mərhələ üzrə davam edəcək dünya çempionatına noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində yekun vurulacaq.