Qazax güləşi üzrə millimiz dünya çempionatdan 4 medalla qayıdıb

Qazaxıstanın paytaxtı Astanada qazax güləşi üzrə U-17, U-20 və böyüklər arasında dünya birinciliyi və çempionatı keçirilib.

Yerveinsan.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Nəsimi Unbayev (böyüklər arasında, 55 kq) gümüş, Nicat İsmayılov (U-17, 60 kq), Ataxan Babayev (U-20, 60 kq) və Nihad İskəndərov (U-20, 100 kq) isə bürünc medal qazanıblar.