Güləş üzrə Azərbaycan çempionatı təşkil ediləcək

Dekabrın 20-dən 23-dək güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, Bakı İdman Sarayında baş tutacaq yarış sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim xarakteri daşıyır.
Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlərimiz idarə edəcək.
Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək. Yarışın son iki günündə isə sərbəst güləşçilər mübarizə aparacaqlar.