Azərbaycan XİN Estoniya XİN-in iddialarına cavab verdi

Estoniya Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməzdir.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tviterdəki paylaşımında bildirilib.

Paylaşımda qeyd olunub: “İnsanların əzab çəkmələrinə dair iddialardan qeyri-qanuni iqtisadi fəaliyyətləri ört-basdır etmək və qanunsuz hərəkətlərə qarşı fəaliyyətin qarşısını almaq üçün istifadə etmək, görünür, yeni tendensiyadır. “Blokada şəraitində” avtomobillər keçirsə, yol necə bağlanmış olur?”, - deyə nazirliyin paylaşımında bildirilib.