Deputatlar Fransanın Korsika əhalinin hüquqlarını tapdalamasını pisləyiblər

Milli Məclisin bu gün keçirilən iclasında Korsika məsələsi müzakirə edilib.

Deputatlar Fransanın Korsika əhalinin hüquqlarını tapdalamasını pisləyiblər.

Deputat Musa Qasımlı deyib ki, Frasnanın demokratiya haqqında danışmağa haqqı yoxdur.

O bildirib ki, Fransanın tarixi müstəmləkiçilik, göz yaşlarının axıdılması, insanların qətlə yetiriıməsi tarixidir.

“Korsikada insanlar dil, mədəniyyət istəyirlər, Fransa hakimiyyəti isə onların bu istəyinə top-tüfənglə cavab verir. “Fransanın bütün hərəkətləri qınanmalıdır. Heç kimin Azərbaycanla zorla danışmağa haqqı yoxdur”, - deyə deputat bildirib.

Digər deputatlar isə bildirib ki, korsikada baş verən hadisələr diqqətdən kənarda qalmamılıdır. Korsika Fransa tərəfindən işğal olunub. Fransanın bu cür qanun pozuntusuna son qoyulmalıdır. Necə olur ki, Fransa separatçı Arayikə dəstək verir, amma öz hüquqlarını tələb edən korsikalıları öz hüquqlarından məhrum edir?!//Trend