Sülhməramlılara məxsus daha beş avtomobil Laçın-Xankəndi yolundan maneəsiz keçib
Rusiya sülhməramlılarına məxsus təchizat-təminat avtomobilləri Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər. Aksiya iştirakçıları onlar üçün heç bir maneə yaratmır.
Dekabrın 20-də Rusiya sülhməramlılarına məxsus daha beş təminat avtomobilinin Laçından Xankəndiyə doğru maneəsiz hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmir.

