Vəfa Şərifovanı Naxçıvana kim aparıb? – “Burada nə var ki?” - Açıqlama

Naxçıvandan gələn xəbərlər, Talıbovların malik olduğu səltənətin ayrı-ayrı elementləri barədə yazılar, fotolar və videomateriallardan görünən odur ki, “cənab sədr” və onun övladlarının bu illər ərzində topladığı sərvətin miqdarı milyardlarla ölçülür.

Yayılan məlumatlara görə, Vasif Talıbovun övladları müğənnilərin də bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırıb.

Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir.

Yerveinsan.az bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Vəfa Şərifovanın prodüseri bunların sadəcə şayiə olduğunu deyib:

“Vallah, bunların hamısı şayiədir. Heç Vəfa xanım özü bu barədə açıqlama vermək istəmirdi. Bunların hamısı boş söz-söhbətlərdir. Təşkilatçılar var, onların vasitəsilə Vəfa Şərifova gedib Naxçıvana, konsert verib, gəlib. Nə Vasif Talıbov ya onun ailəsi? Burada nə var ki? Konsert  “Cahan Holding”in təşkilatçılığı ilə keçirilib, müğənnilər də gedib konsert verib qayıdıblar, burada başqa söhbət ola bilməz”.