Azərbaycanın XİN rəhbəri ilə keçmiş özbəkistanlı həmkarı arasında telefon danışığı olub
Dekabrın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının keçmiş xarici işlər naziri Vladimir Norov arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov, Vladimir Norovun dost və qardaş Özbəkistanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib.
Nazir, Vladimir Norova yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

