İbrahim Kalın: İranın ermənipərəst mövqeyi bizi də təəssüfləndirir
İranın ermənipərəst mövqeyi Azərbaycan kimi, bizi də təəssüfləndirir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.
“Zaman-zaman İranın ermənipərəst mövqeyi Azərbaycan kimi, bizi də təəssüfləndirir. Bunları İran tərəfi ilə də danışırıq”, - deyə Kalın bildirib.

