Ağdamın “Qarabağ” klubu Antalyaya yola düşüb

Ağdamın “Qarabağ” klubu Türkiyəyə yollanıb.

Yerveinsan.az kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi qış təlim-məşq toplanışı üçün Antalyaya yola düşüb.

“Qarabağ” Antalyada 3 yoldaşlıq oyununda gücünü sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın "Rakuv" klubu ilə üz-üzə gələcək. "Qarabağ" yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya "Çukariçki"si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi "Poqon"u sınağa çəkəcək.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.