Rusiyanın bəzi ərazilərində 53 dərəcəyədək şaxta gözlənilir

Hava kütlələrinin qeyri-adi hərəkət trayektoriyası yaxın günlərdə Rusiyada anomal soyuqlara səbəb olacaq. Təbiətdə nadir görünən ultra-qütb müdaxiləsi baş verəcək.

 TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

Proqnozlara əsasən, yaxın günlərdə Rusiyanın Avropa hissəsində 34-47 dərəcəyədək şaxtalar gözlənilir, Yakutiya, Maqadan və Çukotkada isə havanın temperaturu mənfi 48-53 dərəcəyə çatacaq.