İsrailin keçmiş müdafiə naziri Xameneiyə xəbərdarlıq məktubu göndəriи

Sizin seçim imkanlarınız daralır. Hələ də vaxtınız var. Amma elə çox qalmayıb.

Иunu İsrailin sabiq müdafiə naziri, general Yoav Qallant İranın ali lideri Ayətullah Əli Xameneiyə ünvanladığı məktubda bildirib.

O, Əli Xameneyinin hər addımını təqib etdiyini və ona başqa gizli nüvə proqramına başlaya bilməyəcəyi barədə xəbərdarlıq edib.

"Nüvə proqramları insanlar, qurğular və koordinasiya tələb edir. Siz öz proqramınızı analoq dövründə qurmusunuz. Bu gün isə peyklər, kibercasusluq vasitələri, insan mənbələri və məlumat analitikası əvvəllər gizli qalan hər şeyi üzə çıxarır. Hər keçən ay bu fərq daha da böyüyür. Bizim biliklərimiz dərinləşir. Hədəf siyahımız genişlənir. Sizin seçim imkanlarınız isə daralır. Hələ də vaxtınız var. Amma çox deyil", - deyə keçmiş nazir yazıb.

 O, İranın ali liderini nüvə silahını bərpa edəcəkləri təqdirdə bunun Tehran üçün hansı nəticələrə yol açacağını da açıqlayıb.

“Nüvə silahı əldə etməyə davam edəcəksiniz? Həm də açıq şəkildə, müdafiəsiz, məhdud hücum qabiliyyəti ilə? Biz bunu biləcəyik. Qarşısını alacağıq. Və bunun ağır bədəlini ödəyəcəksiniz. Yoxsa, konvensional silah arsenalınızı yenidən qurmağa çalışacaqsınız? Bilə-bilə ki, bu, onilliklər çəkəcək? Biz bunu ləngidəcəyik, sabotaj edəcəyik və yenidən dağıdacağıq.

Sərhədinizdən min kilometrlərlə uzaqda yerləşən, kiçik, lakin qətiyyətli bir ölkəyə qarşı müharibədən əl çəkib, nəhayət, öz xalqınızın rifahı və gələcəyi ilə məşğul olacaqsınız. Amma əgər bir daha səhv seçim etsəniz — biz orada olacağıq. Sizi gözləyəcəyik", - deyə Yoav Qallant yazıb.//Екутв