ABŞ Donanmasının katibi vəzifəsindən ayrılıb

Pentaqondan verilən açıqlamada, ABŞ Donanmasının katibi Con Felanın vəzifəsindən ayrıldığı və bu vəzifəni müvəqqəti olaraq Donanma katibinin müavini Hunq Kaonun icra edəcəyi bildirilib.

Türkiyə mətbuatının yazdığına görə, ABŞ ordusunda yüksək vəzifəli bir şəxsin gözlənilməz istefası səbəbindən böyük sarsıntı yaşanıb.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell sosial media hesabında paylaşdığı açıqlamada, ABŞ Donanmasının katibi Con Felanın vəzifəsindən ayrıldığını elan edib.

Qərarın səbəbi ilə bağlı ətraflı məlumat verməyən Parnell, ABŞ Müdafiə Nazirliyi adından Felana indiyədək göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Parnell açıqlamasında bildirib: “Gələcək həyatında ona uğurlar arzulayırıq. ABŞ Donanmasının katibi vəzifəsini müvəqqəti olaraq Donanma katibinin müavini Hunq Kao icra edəcək.”