Ən çox pul qazanan şahmatçılar - SİYAHI

Dünyanın aparıcı şahmatçılarının 2022-ci ildə qazandıqları pul mükafatlarının miqdarı açıqlanıb.

Yerveinsan.az xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsen ötən il ən çox - 558 min ABŞ dolları əldə edib. ABŞ təmsilçiləri Uesli So (536 min) və Hikaru Nakamura (516 min) ilk üçlükdə yer alıblar.

Qeyd edək ki, ötən ilin dekabrında M.Karlsen blits və rapid üzrə dünya çempionatlarının qalibi olub.