Putin Ukrayna münaqişəsi ilə bağlı dialoqa hazır olduğunu təsdiqləyib
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbətində ölkəsinin Ukrayna münaqişəsi ilə bağlı ciddi dialoqa hazır olduğunu bir daha təsdiqləyib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsində vasitəçilik təkliflərinə cavab olaraq V.Putin Rusiyanın dəfələrlə səsləndirilmiş tələblər və “yeni ərazilər” də nəzərə alınmaqla rəsmi Kiyevlə danışıqlara hazır olduğunu bildirib.