Dağıstanın sabiq Baş naziri avtoqəzada ölüb

Rusiya Federasiyasının Dağıstan Respublikasının sabiq Baş naziri Məhəmməd Abdullayev avtomobil qəzası nəticəsində ölüb.

Yerveinsan.az TASS agentliyinə istinadla bildirir ki, hadisə Mahaçqala şəhərində baş verib.

“VAZ” markalı avtomobil 61 yaşlı kişini vuraraq öldürüb. Qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.