Gümrüdə polislər etiraz aksiyası iştirakçılarını saxlayıblar
Gümrüdə polislər Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına gedən yolda icazəsiz anti-Rusiya aksiyasının iştirakçılarını və tərəfdarlarını saxlayıblar.
Bu barədə erməni KİV-ləri xəbər verir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarının sərbəst toplaşmaq azadlığı haqqında qanunu pozduqları və polisin qanuni tələblərinə tabe olmadıqlarına görə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq ediblər.
Nəticədə etirazçıların bir çoxu polis bölməsinə aparılıb.//Trend