Laçın-Xankəndi yolu: Sülhməramlıların avtomobilinin aksiya yerindən keçidi təmin olunub

Rusiya sülhməramlılarına məxsus avtomobillər hər zaman olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

Bu dəqiqələrdə sülhməramlılara aid bir minik avtomobilinin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.