Rusiya, Suriya və Türkiyənin xarici işlər nazirləri yanvarın 11-də Moskvada görüşə bilərlər
Rusiya, Suriya və Türkiyə xarici işlər nazirləri yanvarın 11-də Moskvada görüşə bilərlər.
Yerveinsan.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının “Asharq Al-Awsat” qəzeti xəbər verib.
Məlumata əsasən, yanvarın 4-də Dəməşqə səfər edən və Suriya prezidenti Bəşər Əsədlə görüşən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan üçtərəfli görüşə qatıla bilər. Qəzet yazıb ki, əldə olunan razılığa əsasən, Moskvada keçirilən danışıqlar Rusiya, Suriya və Türkiyə prezidentlərinin iştirakı ilə sammitə zəmin hazırlamalıdır.Bildirilib ki, BƏƏ belə sammitin keçirilməsi üçün məkan təklif edib.